Çində koronavirusa qarşı preparatın kliniki tədqiqatları başa çatıb

Çin alimləri koronavirusa yoluxmuş pasiyentlərdə qızdırma ilə mübarizə aparan “Favilavir” antivirus preparatının kliniki tədqiqatlarını başa çatdırıblar.

Çin alimləri koronavirusa yoluxmuş pasiyentlərdə qızdırma ilə mübarizə aparan “Favilavir” antivirus preparatının kliniki tədqiqatlarını başa çatdırıblar.

Frame.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, bu preparat COVID-19-a yoluxmuş pasiyentlərdə qızdırma dövrünü əlavə təsirlərsiz 4 gündən 2 günə qədər qısaldır. “Favilavir” Çinin “Zhejiang Hisun Pharmaceutical” şirkəti tərəfindən istehsal edilir. Preparat, həmçinin “Favipiravir” və ya “Avigan” adlanır. Yaponiyada bu adlar altında onu “Fujifilm Holdings” istehsal edir.

Hazırda bir çox şirkətlər koronavirusa yoluxmuş pasiyentlər üçün mövcud olan dərmanların effektivliyini yoxlamağa başlayıb. Belə ki, əczaçılıq nəhəngləri olan “Sanofi” və “Regeneron” koronavirusu müşayiət edən iltihabi proseslə mübarizədə revmatoid artrit üçün istifadə olunan Kevzara preparatının kömək edib-etmədiyini aydınlaşdırmağa çalışır. Tədqiqatda təxminən koronavirusa yoluxmuş 400 ağır vəziyyətdə olan pasiyent iştirak edəcək.

Hibya Xəbər Agentliyi

3.1b
Okunma