Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 22 nəfər həlak olub, 74 nəfər xəsarət alıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanın statistikasını açıqlayıb.

Ulviyya Guliyeva (Azerbaycan 04.10.2020)- Hibya - Azərbaycan Respublikasının Baş Prokurorluğu beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində həlak olan və xəsarət alan mülki şəxslərin, eləcə də infrastruktura dəyən ziyanın statistikasını açıqlayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 22-yə, xəsarət alanların sayı isə 74-ə çatıb.

Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya atəşi nəticəsində 248 evə və 49 mülki obyektə ciddi ziyan dəyib.


Hibya Haber Ajansı

Okunma