Gürcüstanın iki bölgəsində karantin elan olunub

Gürcüstan hökuməti Kvemo Kartli bölgəsinin Bolnisi və Marneuli bələdiyyələrinin ərazisində karantin rejimi tətbiq edib.

Gürcüstan hökuməti Kvemo Kartli bölgəsinin Bolnisi və Marneuli bələdiyyələrinin ərazisində karantin rejimi tətbiq edib.

Frame.az xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxaria gecə saatlarında keçirdiyi brifinqdə bəyan edib.

Bildirib ki, bu gündən etibarən Marneuli və Bolnisi bələdiyyələrinə giriş-çıxış məhdudlaşdırılacaq, bütün ictimai-iaşə müəssisələri bağlanacaq, yalnız aptek və xəstəxanalar, ərzaq mağazaları və digər vacib infrastruktur obyektləri fəaliyyət göstərəcək.

Karantin koronavirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə elan edilib. Qeyd olunub ki, həmin bölgələrdə koronavirusa yoluxma halları müşahidə olunub.

Karantinə ölkənin Daxili İşlər Nazirliyi nəzarət edəcək.

Hibya Xəbər Agentliyi

2.2b
Okunma