İndoneziyada koronavirusa yoluxanların sayı 2200 nəfəri keçib

İndoneziyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

İndoneziyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.

Bu barədə İndoneziya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, son sutka ərzində ölkədə koronavirusa yoluxanların sayı 526 nəfər artaraq 22 min 271 nəfərə çatıb. Bununla yanaşı, İndoneziya üzrə koronavirusa yoluxmuş xəstələr arasında sağalanların sayının da artdığı bildirilir. Nazirlikdən verilən məlumata görə, belə xəstələrin sayı 153 nəfər artaraq 5402-yə çatıb. Həmin dövrdə daha 21 nəfərin vəfat etdiyi qeyd edilir. Bununla da ölkə üzrə koronavirusdan ölənlərin ümumi sayı 1372 nəfər təşkil edib.

Hibya Xəbər Agentliyi

Okunma