İraqda insanların küçəyə çıxması qadağan edilib

Hibya xəbər verir ki, bu barədə qərar İraq hökumətinin fövqəladə iclasında qəbul edilib. Ölkədə bütün təyyarə reysləri də 3 gün müddətinə təxirə salınıb.

Hibya xəbər verir ki, bu barədə qərar İraq hökumətinin fövqəladə iclasında qəbul edilib. Ölkədə bütün təyyarə reysləri də 3 gün müddətinə təxirə salınıb.

İraqın Səhiyyə Nazirliyinin mətbuat katibi Seyfi Bədrinin verdiyi məlumatlara görə Kərbəla şəhəri ziyarətçilər üçün 10 gün müddətinə bağlanıb. Ziyarətə gələnlər şəhərə buraxılmır. Onun sözlərinə görə bu tədbir müvəqqəti xarakter daşıyır.

Mətbuat katibinin sözlərinə görə İraqda koronavirusa yoluxanların sayı 124-də çatıb.

İraq hökuməti kütləvi aksiyaların keçirilməsini də qadağan edib.

2.3b
Okunma