Misirin Turizm Nazirliyi koronavirusla əlaqədar firon Tutanxamonun adından nikbin "müraciət" yayıb

Tutanxamonun adından yayılan mesaj olan plakatda bütün insanlara "evlərinizdə qalın" çağırışı da yazılıb.

Misirin Turizm və Qədim Abidələr Nazirliyi koronavirusla əlaqədar dünyanın bütün xalqlarına əfsanəvi firon Tutanxamonun adından sosial şəbəkələrdə maraqlı “müraciət” yayıb. Qeyd edək ki, 19 yaşında vəfat etmiş hökmdarın da yoluxucu xəstəlikdən həyatını itirdiyi ehtimal edilir.

Hibya xəbər verir ki, “qızıl firon”un adından yayılan nikbin "müraciət"də deyilir: "Min illərdir mən çox şeylərin şahidi oldum və bir həqiqəti öyrəndim ki, həmişə tufandan sonra günəş parlayır". Tutanxamonun adından yayılan mesaj olan plakatda bütün insanlara "evlərinizdə qalın" çağırışı da yazılıb.

Hibya Xəbər Agentliyi

2.6b
Okunma