Ötən sutka ərzində Hindistanda COVID-19 infeksiyasına 48 min 661 yoluxma halı qeydə alınıb.

Xbr.az Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 385 min 522 nəfərə çatıb.

Xbr.az Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 385 min 522 nəfərə çatıb. Ötən sutka ərzində COVID-19 səbəbindən 705 ölüm halı baş verib. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 32 min 63-ə yüksəlib. Bildirilir ki, yoluxanların 885 min nəfəri sağalıb. Ardıcıl dörd sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 45 mindən çox olub.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından üçüncü sıradadır. Ən pis vəziyyət Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.


Hibya Haber Ajansı

Okunma