Özbəkistanda koronavirusa yoluxanların sayı 23 nəfərə çatıb.

Dünən axşam saatlarında ölkədə koronavirusa yoluxanların sayı 18 idisə, martın 19-da onların sırasına daha 5 nəfər əlavə olunub.

Dünən axşam saatlarında ölkədə koronavirusa yoluxanların sayı 18 idisə, martın 19-da onların sırasına daha 5 nəfər əlavə olunub.

Özbəkistan Səhiyyə Nazirliyindən bildiriblər ki, bu ölkədə koronavirus ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşı olan qadında aşkar edilib. Sonra o qadının oğlu, qızı, həyat yoldaşı, nəvəsi və bir yaxın qohumunun da koronavirusa tutulduğu məlum olub. Son 12 saat ərzində həmin qadının daha 3 qohumunda, həmçinin İstanbul və Londondan gələn 2 nəfərdə bu virus aşkar edilib.

Nazirlikdən bildiriblər ki, koronavirusa yoluxan xəstələrin hamısı Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alır.

Hibya Xəbər Agentliyi

3.2b
Okunma