Özbəkistanda küçəyə maskasız çıxanlar cərimələnəcək

Martın 25-dən Özbəkistanda küçəyə maskasız çıxanlar cərimə olunacaqlar.

Martın 25-dən Özbəkistanda küçəyə maskasız çıxanlar cərimə olunacaqlar.

Özbəkistan Nazirlər Kabineti yanında operativ qərargahdan bildiriblər ki, küçəyə birinci dəfə maskasız çıxanlar 223 min sum (23 dollar), ikinci dəfə çıxanlar isə 665 min sum (təxminən 70 dollar) cərimə ödəməli olacaqlar.

Martın 23-dən ölkədə toylara qadağa qoyulur, yas yerlərinə isə mümkün qədər az insanın gəlməsi tövsiyə edilir. Həmçinin maska taxmayan insanlar ictimai yerlərə buraxılmayacaqlar.

Artıq Özbəkistanda teatrlar, kinoteatrlar, əyləncə mərkəzləri, kafe və restoranlar bağlanıb.

Son məlumata görə, ölkədə 43 nəfər koronavirusa yoluxub.

Hibya Xəbər Agentliyi

2.2b
Okunma