Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 33 minə çatıb

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 689 adam yoluxub. Bunun 190-ı Bişkekin payına düşür. İndiyədək ölkədə bu virusdan xəstələnənlərin sayı 32 min 813 nəfər olub.

Son sutkada Qırğızıstanda COVID-19 koronavirusuna 689 adam yoluxub. Bunun 190-ı Bişkekin payına düşür. İndiyədək ölkədə bu virusdan xəstələnənlərin sayı 32 min 813 nəfər olub.

Xbr.az Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə 28, pandemiya dövründə isə 1277 pasiyent vəfat edib.

Son sutkada ölkədə virusa 28, ümumiyyətlə isə 2661 tibb işçisi tutulub.

Məlumatda qeyd edilir ki, ötən gecə Rusiyadan və Cənubi Koreyadan Qırğızıstana növbəti humanitar yardım gətirilib.


Hibya Haber Ajansı

Okunma