Türkiyədə məskunlaşmış soydaşlarımızın bir hissəsinə bu ölkənin müvəqqəti şəxsiyyət vəsiqələri verilib

Qeyd edək ki, bu istiqamətdə aparılan işlər Türkiyədə qeyri-qanuni məskunlaşmış həmvətənlərimizin tam siyahısı üzrə davam etdirilir.

Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsinin də daxil olduğu işçi qrup tərəfindən aparılan işin nəticəsi olaraq 18 nəfərə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqələri verilib.

Hibya xəbər verir ki, ölkəmizin İstanbuldakı Baş Konsulluğunun inzibati binasında keçirilən təqdimetmə mərasimində baş konsul Məsim Hacıyev, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Əttar, konsulluğun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu istiqamətdə aparılan işlər Türkiyədə qeyri-qanuni məskunlaşmış həmvətənlərimizin tam siyahısı üzrə davam etdirilir.

Hibya Xəbər Agentliyi

2.2b
Okunma