Ukraynada 100-ə yaxın insan koronavirusa yoluxub

Frame.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ukraynada artıq 97 nəfər yeni növ koronavirusa yoluxub.

Frame.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu gün Çernovtsı vilayətində daha 13 nəfər yeni növ koronavirusa yoluxması təsdiq edilib.

Kiyev şəhərində 29 nəfər koronavirusa yoluxub. Kiyev meri Vitali Kliçko bəyan edib ki, vəziyyət daha da pisləşsə şəhərə giriş-çıxış bağlanacaq.

Ukraynanın 10 vilayətində koronovirusla bağlı fövqəladə vəziyyət elan edilib. Bu virusdan isə 3 nəfər həyatını itirib.

Qeyd edək ki, Ukraynada aprelin 4-dək bütün beynəlxalq uçuşlar dayandırılıb, karantin elan edilib. Karantinin müddətinin uzadılması gözlənilir.

Hibya Xəbər Agentliyi

2.6b
Okunma