“Uzbekistan Airways” koronavirus təhlükəsi ilə əlaqədar daha bir neçə istiqamətə uçuşları ləğv edib

“Uzbekistan Airways” koronavirus təhlükəsi ilə əlaqədar dünyanın onlarla şəhəri istiqamətində uçuşları dayandırıb.

Hibya “Uzbekistan Airways”in mətbuat xidmətinə istinadla xəbər verir ki, martın 14-dən London, Təl-Əviv və Paris istiqamətlərində, martın 18-dən Amritsara, martın 20-dən Dehli və Mumbaya, martın 25-dən Cakarta və Kuala Lumpura, martın 26-dan Banqkoka reyslər iki ay müddətinə ləğv olunub.

Məlumatda bildirilir ki, martın 16-da Latviyaya son reys həyata keçiriləcək, ayın 17-dən isə bu istiqamətə də uçuşlar dayandırılacaq.

Xatırladaq ki, bundan əvvəl Çin, Cənubi Koreya, İtaliya, İspaniya və İran istiqamətində uçuşlar ləğv edilmişdi.

2.6b
Okunma