Yaponiyada yeni koronavirusa gün ərzində ən çox yoluxma qeydə alınıb

Martın 14-də Yaponiyada yeni koronavirusa 63 yoluxma qeydə alınıb. Bu, bir gün ərzində ölkədə virusa ən çox yoluxma halıdır.

Martın 14-də Yaponiyada yeni koronavirusa 63 yoluxma qeydə alınıb. Bu, bir gün ərzində ölkədə virusa ən çox yoluxma halıdır.

Hibya xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bununla da Yaponiyada yeni koronavirusa yoluxanların sayı 773-ə çatıb. “Diamond Pricess” kruiz laynerinin göyərtəsində qeydə alınmış 697 hal, həmçinin Çindən çarter reysi ilə ölkəyə gətirilənlər arasında aşkar edilmiş 14 hal buraya daxil deyil. Bununla yanaşı, martın 14-də Yaponiyada yeni koronovirusdan daha bir ölüm faktı qeydə alınıb ki, bununla da həmin virus nəticəsində vəfat edənlərin sayı, ümumilikdə, 29 nəfərə çatıb.

Əlavə olaraq bildirilir ki, yeni koronavirusa ən çox yoluxma halı Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında qeydə alınıb – 144 nəfər. Aiçi prefekturasında 121, Osakada 102, Tokioda isə 87 belə hal qeydə alınıb.

Hibya Xəbər Agentliyi

2.3b
Okunma